Millimizə məğlub olan komandanın baş məşqçisi istefaya göndərildi

15:03 - 16 Noyabr 2016

DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Norveç yığmasında baş məqşçi istefası reallaşıb.

 

Sportal.az xəbər verir ki, millinin baş məşqçisi Per Matias Hoqmo istefaya göndərilib. Bu barədə məlumat Norveç Futbol Federasiyasının rəsmi saytında verilib.

 

Qeyd edək ki, Norveç qrupda keçirdiyi 4 oyunda 1 qələbə və 3 məğlubiyyətlə yadda qalıb. Hoqmonun rəhbərlik etdiyi komanda 2-ci turda Bakıda Azərbaycan millisinə də məğlub olmuşdu.

Xəbər xətti