"Real Madrid"ə yaxınlığı ilə bilinən "Marca" qəzetinin əvvəlki günlərdə dərc etdiyi "Messi, Barsanın müqavilə təklifini rədd etdi" xəbəri, İspaniya gündəminə damğa vurmuş və "Barselona" azarkeşlərini təşvişə salmışdı.
Sportal.az xəbər verir ki, "Rakuten" ilə imzaladıqları sponsorluq müqaviləsinin mərasimində danışan klub prezidenti Jozep Mariya Bartomeu, mövzuyla əlaqədar fikirlərini bildirib. O, argentinalı futbolçunun Kataloniya klubundan ayrılmayacağına əmin olduğunu söyləyib:
"Messinin futbolu "Barselona"da buraxacağına əminik. Razılaşmanın uzadılması mövzusunda da rahatıq. O bizim liderimizdir. İllərdir ki, o bizə çempionluqları gətirir".
saytlarin hazirlanmasi