FİFA Federasiya rəsmisini cəzalandırdı

15:25 - 17 Noyabr 2016

Qətər Futbol Assosiyasının vitse-prezidenti Səid Əl-Mohannadi FİFA tərəfindən cəzalandırılıb.

 

Sportal.az xəbər verir ki, cəzaya səbəb vitse-prezidentin gizli əməkdaşlıq sirlərinin üstünün açılması olub. Assosasiyadan verilən məlumata görə, Əl-Mohannadiyə qarşı araşdırmalar 2015-ci ilin yayında başlanılıb.

 

O, gizli 3-cü bir partiya ilə əməkdaşlıq edirmiş. Bir sıra separatçılıq hallarının da şahidi olub və həmin qurumlarla əməkdaşlığın davam etdirib. Bu ilin avqust ayında isə sözügedən vitse-prezident haqqında araşdırmalar sona çatıb. Bütün faktlar məlum olduqdan sonra, Əl-Mohannadiyə cəza olaraq 1 illik bütün milli və beynəlxalq təşkilatlarda iştirak hüququ ləğv olunub. Bununla yanaşı müəyyən miqdarda pul cəzası da təyin olunub.

Xəbər xətti