"Kəpəz" Premyer Liqanın 12-ci turunda səfərdə "Qarabağ"ın qonağı olacaq.
Sportal.az xəbər verir ki, "sarı-göylər" bu qarşılaşmanın hazırlıqlarını davam etdirir. Gəncə təmsilçisinin heyətində zədəli futbolç yoxdur. Lakin Şahin Diniyev Kərim Diniyevin xidmətindən yararlana bilməyəcək. Belə ki, gənc yarımmüdafiəçi 11-ci turda "Sumqayıt"la görüşdə qırmızı vərəqəylə cəzalandırıldığı üçün ağdamlılarla matçda oynaya bilməyəcək.
Qeyd edək ki, "Qarabağ" - "Kəpəz" qarşılaşması 19 noyabr, saat 18:00-da start götürəcək.
saytlarin hazirlanmasi