"Liverpul"un aparıcı üzvlərindən olan Filip Koutinyonun adı son zamanlar "Barselona" ilə hallanır.
Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin komandada gələcək taleyi haqda baş məşqçi Yurgen Klopp açıqlama verib. Alman mütəxəssis "Barselona"nın onun futbolçusuyla maraqlanmasından narahat deyil. Klopp "Liverpul"dan kiminsə getmək istəyəcəyinə inanmadığını deyib:
"Yaxşı futbolçuları komandada saxlamağın yolu heç kimin ayrılmaq istəməyəcəyi gözəl kollektiv formalaşdırmaqdır. Belə olduqda hər şey verilən puldan asılı olmur. Heç nədən narahat deyiləm. Mənim hiss və düşüncələrim Koutinyonun "Liverpul"da xoşbəxt olduğu yönündədi. Hamımız onun bizimlə qalmasına ümid edirik və buna inanırıq".
saytlarin hazirlanmasi