ABŞ-ın "Los Anceles Qalaksi" klubundan ayrılan İngiltərə millisinin sabiq üzvü Stiven Cerrardın karyerasını hansı klubda davam etdirəcəyi maraqla gözlənilir.
Sportal.az yerli mətbuata istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi karyerasını bitirəcək və sabiq komandası "Liverpul"da çalışmağa başlayacaq. Onun "qırmızılar"ın baş məşqçisi Yürgen Kloppun köməkçisi olacağı iddia edilir.
Ancaq "BBC" bu saatlarda futbolçu ilə bağlı maraqlı məlumat yayıb. Mənbənin məlumatına görə, Cerrard İngiltərə aşağı liqasında mübarizə aparan "Milton Keynes Dons" klubu ulə danışıqlara başlayıb. Əfsanəfi futbolçunun sözügedən klubun baş məşqçisi olacağı gözlənilir.
Qeyd edək ki, Cerrard 1998-2015-ci illərdə "Liverpul"un şərəfini qoruyub və ötən il "Los Anceles Qalaksi"yə üz tutub.