AFFA-dan klublara ciddi xəbərdarlıq

11:39 - 18 Noyabr 2016

AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiya nəticəsi şübhə doğuran oyunlarla əlaqədar araşdırmalarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, bu haqda AFFA-nın bu gün yaydığı rəsmi açıqlamada deyilir. Bildirilir ki, komissiyanın qərarına əsasən, I divizion komandaları arasında bu gün keçiriləcək oyunlara nəzarəti daha da gücləndirmək məqsədilə hakimlər komandalara bu barədə də ciddi tapşırıqlar verəcək.


Oyundan əvvəl hakimlər məşqçilər və  futbolçularla görüşərək komissiyanın tapşırıqlarını onların nəzərinə çatdıracaq. Komissiya tərəfindən bu istiqamətdə aparılan araşdırmaların nəticələri  AFFA-nın İcraiyyə Komitəsinə  təqdim olunacaq və bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.

 

Xəbər xətti