İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Çelsi"nin futbolçusu Eden Azar ötən ayın ən yaxşı futbolçusu adına layiq görülüb. Belçikalı yarımmüdafiəçi Flip Koutinyo, Diyeqo Kosta və İlkay Gündoğan kimi futbolçuları geridə qoyub.
Qeyd edək ki, 25 yaşlı futbolçu oktyabr ayı ərzində meydana çıxdığı 4 matçda 3 qol və 1 məhsuldar ötürməylə yadda qalıb.
saytlarin hazirlanmasi