Co Hart: "Qvardiolaya nifrət etmirəm"

15:27 - 19 Noyabr 2016

“Mançester Siti” klubunun icarə əsasında “Torino”da çıxış edən qolkiperi Co Hart maraqlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı qapıçı Pep Qvardiola ilə problemi olmadığını vurğulayıb:

 

“Açığı, bu anidən oldu və mənim başqa seçim imkanım qalmamışdı. Ona görə “Torino”dan başqa gedəcəyim yer yox idi. Sevinirəm ki, bu klub mənə şans verdi. İndi artıq daha ciddi şəkildə çalışıram. Qvardiolaya da nifrət etmirəm. Sadəcə bir çox insanlar klubdan ayrılmağımı bununla əlaqələndirirlər”. 


İngiltərə millisinin üzvü İtaliyadakı təəssüratlarından da danışıb:

 

“İngiltərə və İtaliya futbolu arasında fərq böyükdür. Təbii ki, italyan futbolu dedikdə yada düşən ilk şəxslərdən biri də Canluici Buffondur. O, mənim futbol qəhrəmanlarımdan biridir. Dünyanın ən yaxşısıdır. Etdiyi hər bir hərəkət yalnız ona məxsusdur”. 


Qeyd edək ki, Co hart 2006-cı ildən “Mançester Siti”də çıxış edir. O, bu mövsümdən etibarən "Torino"ya icarəyə verilib.

 

Xəbər xətti