Çexiya çempionatında 14-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Slovan” səfərdə “Yablonets”lə qarşılaşıb. Oyun 3:0 hesabıyla meydan sahiblərinin qələbəsiylə nəticələnib.
Hazırda hesabında 14 xal olan “Slovan” 16 komanda arasında 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Slovan” - “Qarabağ” oyunu noyabrın 23-də, Liberetsdə baş tutacaq.
saytlarin hazirlanmasi