Futbol üzrə Belçika çempionatında 15-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Anderlext" səfərdə "Sulte Varegem"lə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu görüşdən 2 - 3 hesablı məğlubiyyətlə ayrılıb.
Brüssel təmsilçisi 15 turdan sonra 25 xalla 16 klub arasında 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Anderlext" Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 24-də Bakıda "Qəbələ"nin qonağı olacaq.
saytlarin hazirlanmasi