UEFA türkiyəli futbol hakimi Cüneyt Çakıra növbəti dəfə etimad göstərib.
Sportal.az xəbər verir ki, təcrübəli referi Çempionlar Liqası matçına təyinat alıb. O, C qrupu çərçivəsində keçiriləcək "Borussiya" (Münhenqladbax) - "Mançester Siti" oyununu idarə edəcək.
Qeyd edək ki, sözügedən qarşılaşma noyabrın 23-ü saat 23:45-də start götürəcək.
saytlarin hazirlanmasi