"Arsenal"da 7 illik müqavilə

00:16 - 22 Noyabr 2016

"Arsenal” futbolçusu Ektor Bellerin ilə yeni müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, 21 yaşlı futbolçu uzun müddət Paytaxt klubunun uğurları çalışacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ancaq müqavilənin şərtləri haqda heç bir məlumat yer almayıb.
 
İngiltərə mətbuatının yaydığı xəbərə görə, Bellerin 2023-cü ilin yayına qədər "topçular”ın uğurları üçün çalışacaq.
 
Qeyd edək ki, İspaniya millisinin 21 yaşlı üzvü 2013-cü ildən "Arsenal”da çıxış edir.

Xəbər xətti