Şenol Günəş: "Sabah "Benfika"dan daha yaxşı komanda olduğumuzu göstərməliyik"

17:14 - 22 Noyabr 2016

"Beşiktaş" Çempionlar Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah doğma meydanda "Benfika"nı qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, Portuqaliya təmsilçisiylə matçdan öncə keçirilən mətbuat konfransında "qara qartallar"ın baş məşqçisi Şenol Günəş jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis qələbə qazanmaq istədiklərini bildirib:

 

"Qrupdakı ilk matçımızla bu matçdakı düşüncəmiz arasında heç bir fərq yoxdu. Gözəl futbol və yaxşı nəticə istəyirik. Yarış hələ davam edir.

 

Bir addım önə keçmək üçün qələbə qazanmağımız lazımdı. Amma qrupda hər şey ola bilər. Sabah səbrli oynamalıyıq. Əvvəlki iki ev oyunumuzda qələbəni əldən verdik. Bu dəfə qalib gəlməyimiz vacibdi.
 

Qrupdan çıxa bilsək "Beşiktaş" üçün yeni dönəmin başlayacağını düşünürəm. Sabah "Benfika"dan daha yaxşı komanda olduğumuzu göstərib qələbə qazanmaq istəyirik. Həm hücumda, həm də müdafiədə diqqətli olmalıyıq".

 

Qeyd edək ki, "Beşiktaş" - "Benfika" matçı sabah Bakı vaxtilə saat 22:45-də start götürəcək.

Xəbər xətti