Çempionlar Liqasında yeni rekord

10:32 - 23 Noyabr 2016

Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Borussiya" - "Legiya" oyununda rekord qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, sözügedən qarşılaşma ÇL tarixinin ən çox qol vurulan oyunu olub. Bu matçda azarkeşlər 12 qola şahid olublar.

 

Qeyd edək ki, "Borussiya" - "Legiya" matçı Dortmund klubunun 8:4 hesablı qələbəsi ilə başa çatıb.

 

Xatırladaq ki, əvvəlki rekord "Monako" - "Deportivo" matçı idi. Knyazlıq klubu İspaniya təmsilçisini 8:3 hesabı ilə məğlub etmişdi.

 

Xəbər xətti