Ronaldo: "3 sarışın qadınla bərabər idim"

16:15 - 23 Noyabr 2016

Portuqaliyanın Avropa çempionu olmasında əhəmiyyətli pay sahibi olan Kriştiano Ronaldo, final günü yaşadıqlarını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu, ''O səhər oyandığımda, yataqda 3 sarışın qadınla bərabər idim", deyərək zarafat edib. Ronaldo yaşadıqlarını belə izah edib:

 

"Zarafat edirəm, oyandığımda o günün xüsusi olduğunun fərqinə vardım. Fransa ilə final oynayırdıq. Yenə də 8 saat yatdım'', - deyə qeyd edib.  "Real Madrid"də Çempionlar liqası finalına çıxarkən bu qədər həyəcanlı və təzyiq altında olmadığını açıqlayan Ronaldonun digər şərhləri isə bu şəkildə olub: 

 

''Təbii ki, "Real"ı paltardəyişmə otağında da danışıram. Amma, Portuqaliyada sanki bunu fərqli bir iş kimi hiss etdim. Çünki, futbolçular məni bir lider olaraq görürdülər".

Xəbər xətti