"Fənərbaxça" Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukraynanın "Zarya" klubunu qəbul edəcək.
Sportal.az xəbər verir ki, İstanbul nəhənginin baş məşqçisi Dik Advokat matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Holland mütəxəssis onları heç də asan bir oyunun gözləmədiyini bildirib:
"Rəqibimiz qrup matçları zamanı nə qədər təhlükəli bir komanda olduğunu sübut edib. Çox yaxşı oyunçuları var. Sabah qələbə qazansaq Avropa Liqasında böyük bir addım atacağıq.
Azarkeşlərimiz hər oyunda stadionda gəlib bizə dəstək olsalar, "Kadıköy"də məğlub edə bilməyəcəyimiz komanda olmayacaq. Komandada arxayınlıq yoxdu. Çox profissional futbolçularım var. Son məşqdən sonra sabah komlərin oynayacağı məlum olacaq".
Qeyd edək ki, "Fənərbaxça" - "Zarya" qarşılaşması sabah Bakı vaxtilə 22:00-da start götürəcək.
saytlarin hazirlanmasi