Dünən Çempionlar Liqasının maraqlı oyunlarından biri "Sevilya" ilə "Yuventus" komandaları arasında olub.
Sportal.az xəbər verir ki, əsas hücumçuları Paolo Dibala və Qonzalo Hiquainin zədə səbəbiylə iştirak etmədiyi matçda 1-3 hesablı qələbə qazanan "Yuve"nin heyətində maraqlı dəyişiklik edilib. Belə ki, komandanın 16 yaşlı futbolçusu Moise Kean görüşün 84-cü dəqiqəsində meydana daxil olaraq, Çempionlar Liqasında 2000-ci illərdə doğulub oynayan ilk futbolçu kimi tarixə keçib.
Qeyd edək ki, ümumilikdə Kotdivuarlı futbolçu Çempionlar Liqasında forma geymiş ən gənc altıncı futbolçu olub.
saytlarin hazirlanmasi