FİFA millimizlə oyuna görə Şimali İrlandiyaya iş açdı

19:30 - 23 Noyabr 2016

FİFA Şimali İrlandiya və Uels millilərinə qarşı intizam işi açıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb hər iki  yığmanın DÇ-2018-in  seçmə  mərhələsinin IV turunun oyununa formlarında silahlı münaqişələrin qurbanlarının xatirəsinin rəmzi olan qırmızı lalənin təsviri ilə çıxması olub.

 

FİFA bunu siyasi rəmz hesab edir. Buna görə də hər iki futbol assosiasiyasına qarşı intizam sanksiyaları tətbiq edilə bilər. 

 

Qeyd edək ki, Şimali İrlandiya FİFA qaydalarını DÇ-2018-in seçmə mərhələsində millimizə qarşı oyunda (4:0) pozub.

Xəbər xətti