"Traktor Sazi" zirvəyə yüksəldi

18:12 - 25 Noyabr 2016

İran çempionatında 11-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki,  Təbriz klubları da bu gün növbəti oyununu keçirib.

 

“Traktor Sazi”  doğma meydanda “Səba Qum”la qarşılaşıb və 2:1 hesablı qələbə qazanaraq turnir cədvəlinin zirvəsinə yüksəlib.

 

Təbrizin digər təmsilçisi “Maşın Sazi” səfərdə “Padideh Şandiz”ə minimal hesabla uduzub. Komanda son pillədə qərarlaşıb.

 

“Qostareş” isə səfərdə “Esteqlal”a 1 - 2 hesabıyla uduzub. Təbriz klubu 13-cü pillədə yer alıb.

Xəbər xətti