Futzal üzrə UEFA Kubokunun elit raundunun B qrupunda son turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu "Araz" da son görüşünə çıxıb. Rəqib Almaniyanın "Hamburq" komandası olub.
Qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində Naxçıvan klubu qrupu 3 xalla üçüncü pillədə bitirib.
Xatırladaq ki, "Araz" qrupun ilk iki oyununda Xorvatiya "Nasional"ına 1:2, Rusiya "Qazprom Yuqra"sına 0:4 hesabı ilə uduzub.
26 noyabr
UEFA Kuboku, B qrupu
“Hamburq” (Almaniya) - “Araz” (Azərbaycan) 1:5
Qollar: Fərzəliyev, 4 (0:1), Fineo, 6 (0:2), Kardoso, 9 (0:3), Bolinha, 15 (0:4), Ulusoy, 27 (1:4), Poletta 31 (1:5)