Samir Abasov: "Gələcəkdə başımız çox ağrayacaq"

18:18 - 27 Noyabr 2016

Azərbaycan Premyer Liqasının XIII turunda baş tutan AZAL - "Sumqayıt" oyunu 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Sportal.az Futbol11.az-a istinadən xəbər verir ki, maçtdan sonra keçirilən mətbuat konfransında "Sumqayıt”ın baş məşqçisi Samir Abasov fikirlərini bildirib: 
 
İtirdiyimiz iki xala görə heyfslənirəm. Gələcəkdə bu xallara görə, başımız çox ağrayacaq. Qələbə qazanmaq istəyirdik. Çünki belə oyunlarda xal itirmək istəmirik.
 
- İlk yarıda oyununuz alınmırdı, futbolçularınız çox top itirirdi. Bir də ki, Məhəmməd Qurbanov zəif oynasa da, 90 dəqiqə meydanda oldu. Bunun səbəbi nə idi?
- Komanda uduzursa, daha çox hücumu gücləndirirsən. Gördüyünüz kimi, sona yaxın ən sonuncu müdafiəmizi də hücuma qoyduq. Düzdü, zəif oynadı, amma Məhəmməd Qurbanova ümidlərim tükənməyib. Qurbanov qarşıdakı oyunlarda bizə çox vacibdi.

Xəbər xətti