"Qəbələ" "Qarabağ"ı məğlub etdi

00:14 - 29 Noyabr 2016

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 13-cü tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, bu gün əvəzedicilərin yarışında bir qarşılaşma baş tutub. "Qarabağ" öz meydanında "Qəbələ"ni qəbul edib. Matç "qırmızı-qaraların 1 - 0 hesablı qələbəsiylə başa çatıb.

 

Turun bütün görüşlərinin nəticələrini təqdim edirik:

 

AZAL 1–8 “Sumqayıt”
QOLLAR:
Seyidrəzi Ağayev, 84 - Əlimərdan Əlimərdanlı, 11; Ülvi Süleymanov, 20; Xaliq İbrahimov, 34; Süleyman Əhmədov, 51; Elvin Nəsibov, 63; 79; 90 (p.); Nicat Muxtarov, 68

 

“Kəpəz” 0-2 “Neftçi”
QOLLAR:
Bahadur Həziyev, 68; Heydər Babayev, 77

 

“Zirə” 0-0 “İnter”

 

“Qarabağ” 0-1 “Qəbələ”
QOL:
Rövlan Muradov, 18

Xəbər xətti