Braziliya futbolunda faciə: Klub təyyarə qəzasına uğradı FOTO

11:00 - 29 Noyabr 2016

Kolumbiyada dəhşətli təyyarə qəzası baş verib.

 

Sportal.az xəbər verir ki, hadisə Medeylin şəhərinin hava limanı yaxınlığında olub. Belə ki, Braziliyadan havaya qalxan təyyarədə Braziliyanın "Şapokoense” klubunun heyəti olub.

 

Təyyarə Medeylin hava limanına eniş etməli olsa da, onlarla əlaqə kəsilib və hava gəmisi Kolumbiya meşəsində qəza enişi edib.
 


Çarter reysi ilə hərəkət edən təyyarə Braziliyanın "Şapokoense” klubunu  Kolumbiyaya aparacaqmış. Təyyarədə 81 nəfər olub (72-si sərnişin). Yoxa çıxan təyyarənin qalıqları Kolumbiya meşəliklərində tapılsa da, hələlik ölənlər və sağ qalanlar barədə  məlumat yoxdu. 
 

Medeylin meri yerli mətbuata açıqlamasında bildirib ki, hazırdı təcili xilasetmə işləri aparılır və yaxın saatlarda məsələ ilə bağlı açıqlama veriləcək.  Mer bildirib ki, Kolumbiya xəstəxanaları yaralıları qəbul etmək üçün hazır vəziyyətdədi.
  

Qeyd edək ki, "Şapokoense” Sudamerikana kuboku çərçivəsində "Atletiko Nasional” klubu ilə qarşılaşacaqdı. Matç dekabr ayının 1-nə təyin olunmuşdu.

 

 

Xəbər xətti