PSJ Messinin atasıyla danışıqlara başladı

15:34 - 29 Noyabr 2016

"Barselona"dakı gələcəyi maraqla gözlənilən Lionel Messi üçün yeni iddia ortaya atılıb.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin yeni müqavilə imzalamaq təklifini rədd edən argentinalı ulduz Fransaya üz tuta bilər. Belə ki, La Liqa nəhəngiylə nikah təzələməyən 29 yaşlı hücumçunu heyətinə qatmaq üçün PSJ hərəkətə keçib.

 

Fransa klubunun Messini heyətinə qatmaq üçün "tanqoçu"nun atasıyla danışıqlara başladığı bildirilir. "Barselona"yla müqaviləsi 2018-ci ilin yayında bitəcək futbolçunun gələcək planlı maraqla gözlənilir.

Xəbər xətti