"Xəzər Lənkəran”ın sabiq futbolçusu, hazırda məşqçi kimi çalışan İqor Kovaleviç yenidən Azərbaycana qayıda bilər.
Sportal.az xəbər verir ki, hazırda Belarusun "Neman” klubunun "sükanı arxası”nda olan çalışdırıcı ölkəmizdən təklif alıb. Bu barədə Belarus mətbuatı məlumat yayıb.
Məlumata görə, 48 yaşlı mütəxəssisin xidmətində Bakı və Qazaxıstan klubları maraqlıdı. Ancaq onunla hansı klubların danışıqlar apardığı yazılmayıb.
Qeyd edək ki, Kovaleviç 2004-cü ildə "Xəzər Lənkəran”da top qovub.
saytlarin hazirlanmasi