Belçika kubokunda 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.
Sportal.az xəbər verir ki, Avropa Liqasında “Qəbələ” ilə eyni qrupda yer alan “Anderlext” səfərdə “Şarlerua”nın qonağı olub.
Matçın gedişində öndə olan “Anderlext” 90+3-cü dəqiqədə qələbəni əldən verib - 2:2.
Əlavə vaxtda qapılara qol vurulmadığından qalib penaltilər seriyasında aşkarlanıb. Burada daha dəqiq oynayan “Şarlerua” 5:3 hesablı qələbə qazanmaqla “Anderlext”i mübarizədən kənarlaşdırıb.
saytlarin hazirlanmasi