Azərbaycan kubokunun 1/4 final mərhələsinin iki cütü müəyyənləşib.
Sportal.az xəbər verir ki, 1/8 final mərhələsinin bu gün başa çatan ilk iki qarşılaşmasından sonra “Neftçi” və “İnter”in rəqibləri bəlli olub.
Səfərdə “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edən "Zirə" 1/4 finalda “Neftçi” ilə qarşılaşacaq.
"Bayıl Arena"da “Şahdağ”ın qonağı olan və 5:1 hesabı ilə qalib gələn “Kəpəz”in 1/4 finaldakı rəqibi “İnter” olacaq.
saytlarin hazirlanmasi