Misirin "Zamalek” klubu ölkə çempionatında oynamaqdan imtina edib.
Sportal.az xəbər verir ki, buna ardıcıl hakim səhvləri səbəb olub. Bu barədə məlumatı "MasralArabia”ya açıqlamasında klubun prezidenti Murtaza Mansour verib.
"Mən komandamın belə çempionatda oynamasını istəmirəm. Hakimlər çempionatı "baltalayırlar”. Bu dəfə zarafat etmirəm. Ya çempionatda oynamayacağıq, ya da mən istefa verəcəm. Federasiyanın bütün təhdidlərinə dözməyə hazıram. Nə vaxt klubumuza hörmət edən federasiya gəlsə, o zaman çempionatda oynamağa davam edəcəyik”.
Qeyd edək ki, "Zamalek” hazırda Premyer Liqada 6-cı pillədə qərarlaşıb.
"Zamalek” 5 dəfə Afrika Çempionlar Liqasının, 12 dəfə isə Misir çempionatının qalibi olub.
saytlarin hazirlanmasi