Blatterin etirazını rədd etdilər

19:33 - 5 Dekabr 2016

Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) sabiq FİFA prezidenti Yozef Blatterin futboldan 6 il kənarlaşdırılmasıyla bağlı cəzaya etirazını rədd edib.

 

Sportal.az xəbər verir ki, sabiq UEFA prezidenti Mişel Platiniyə 2 milyon İsveçrə frankı verdiyi üçün Blatterin 6 il futboldan uzaqlaşdırılmasıyala bağlı cəzası qüvvədə qalacaq. 

 

Xatırladaq ki, Yozef Blatter və Mişel Platini FİFA Etika Komitəsi tərəfindən 8 il futboldan kənarlaşdırılmışdı. Sabiq prezidentlərin etirazından sonra Platini və Blatterin cəzaları 6 ilə endirilmişdi.

Xəbər xətti