Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti uğuruna imza atıb.
Sportal.az xəbər verir ki, 29 yaşlı referi UEFA-nın I kateqoriyasına keçib. Bu, Azərbaycan futbolunda ilk belə haldır.
I kateqoriyaya daxil olan Ağayev bununla da Çempionlar Liqasının qrup və pley-off oyunlarına təyinat almaq hüququ qazanıb.
Qeyd edək ki, 2013-cü ildən FİFA referisi olan Əliyar Ağayev cari mövsüm 3 dəfə Avropa Liqasının qrup oyunlarına təyinat alıb.
saytlarin hazirlanmasi