Şenol Günəş: "Hədəfimiz qrupdan çıxmaqdı"

01:13 - 6 Dekabr 2016

"Dinamo"ya matça bu ilin ən vacib oyunu kimi baxıram. Qrupdan çıxmaq bizim birinci hədəfimizdi. İşimiz asan deyil. Çətin rəqiblə oynayacağıq".

 

Sportal.az xəbər verir ki, bu fikirləri Çempionlar Liqası qrup mərhələsi çərçivəsində Kiyev "Dinamo"suyla keçiriləcək görüşdən əvvəl baş tutan mətbuat konfransında "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş səsləndirib.

 

Təcrübəli mütəxəssis hədəflərinin qələbə qazanmaq və qrupdan çıxmaq olduğunu bildirib:

 

 "Bizim qələbə qazanmaq üçün daha çox səbəblərimiz var. Qalib gəlsək qrupdan çıxacağıq. Rəqibin isə qrupdan çıxmaq şansı yoxdu. "Dinamo" köklü klubdu. Hər iki komanda üçün də çətin qarşılaşma olacaq. İnanıram və ümid edirəm ki, qələbə qazanıb bütün xoşbəxtliyi futbolsevərlərlə paylaşacağıq.

 

Hava şərtlərindən şikayət etmək əvəzinə, havaya öyrəşməyimiz lazımdı. Tarixi bir dönəmdən keçirik. Bu matçdan sonra yenibir hədəfimiz ola bilər. Sabahkı hədəfimiz isə qələbə qazanmaqdı".

 

Qeyd edək ki, "Dinamo" - "Beşiktaş" görüşü sabah Bakı vaxtilə saat 23:45-də baş tutacaq.

Xəbər xətti