Braziliyanın "Şapekoense" klubunun üzvlərinin olduğu təyyarənin Kolumbiyada qəzaya uğramasından xəbərdarsınız.
Sportal.az xəbər verir ki, təyyarənin məxsus olduğu "Lamia" aviaşirkətinin baş direktoru Qustavo Varqas və onun katibləri, həmçinin şirkətin bir neçə texniki həbs olunub. Qəza ilə bağlı araşdırmaların davam etdiyi bildirilir.
Hadisəni araşdıran İvan Kintanilla Kolumbiya mətbuatına açıqlamasında bildirib ki, yaxın günlərdə şirkətin daha bir neçə əməkdaşı həbs oluna bilər.
Qeyd edək ki, "Şapekoense" klublarının üzvlərini daşıyan təyyarə Kolumbiyanın Medelyin şəhərində qəzaya uğramışdı. Qəza nəticəsində hava gəmisində olan 81 nəfərdən 77-si dünyasını dəyişmişdi.
saytlarin hazirlanmasi