"Traktor Sazi" zirvəyə yüksəldi

00:24 - 10 Dekabr 2016

İran çempionatında 13-cü tura start verilib.

 

Sportal.az xəbər verir ki,  Təbrizin hər üç klubu bu gün növbəti oyununu keçirib.

 

“Traktor Sazi” səfərdə "Esteqlal"la qarşılaşıb və 2:1 hesablı qələbə qazanaraq liderliyə yüksəlib.

 

Təbrizin digər təmsilçisi “Maşın Sazi” doğma meydanda "Zob Ahan"a 1:2 hesabı ilə uduzub. Komanda 6 xalla son pillədə qərarlaşıb.

 

“Qostareş” isə səfərdə "Naft Tehran"la 1:1 hesablı heç-heçə edib. Təbriz klubu 12-ci pillədə yer alıb.

Xəbər xətti