Rusiya millisinin üzvü Fedor Smolov karyerasını Almaniyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu Dortmundun “Borussiya” klubuna keçməyə yaxındı. Bu barədə məlumatı “championat.com” yayıb. Məlumatda bildirilir ki, artıq Almaniya təmsilçisi ilə futbolçunun məxsus olduğu “Krasnodar” klubu arasında danışıqlar baş tutub. Əgər tərəflər arasındakı danışıqlar baş tutsa, yarıımmüdafiəçi 2017-ci ilin yayında Almaniyaya köçəcək.
Qeyd edək ki, Smolov özü də bugünlərdə verdiyi müsahibədə Almaniya klublarından birinə keçməyə yaxın olduğunu söyləyib.
saytlarin hazirlanmasi
