"Kəpəz" zədəli futbolçusunun durumu haqda məlumat yaydı

12:54 - 12 Dekabr 2016

Uzun müddət   zədəli olan “Kəpəz”in futbolçusu Şəhriyar Əliyevin müalicə prosesi başa çatıb.

 

Sportal.az klubun rəsmi  saytına istinadən xəbər verir ki, müdafiəçinin durumu yaxşıdı. Bununla belə, Əliyev bir müddət istirahət etməli və sonra məşqlərə başlamalıdı. Şəhriyarın gələn ilin əvvəlindən məşqlərə çıxması nəzərdə tutulub.

 

Bu isə o deməkdi ki, o, “İnter”lə kubok, “Qəbələ”ylə çempionat matçlarında komandaya kömək edə bilməyəcək.

 

Sentyabrda “Qarabağ”la ev oyununda zədələnən futbolçu diz nahiyəsinin iç yan bağında gərilmə və ön çarpaz bağda degenerasiyadan əziyyət çəkib.

 

Xəbər xətti