“Zirə” Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəyi ilk oyuna hazırlığı davam etdirir.
Sportal.az xəbər verir ki, “qartallar”ın heyətində son oyunları zədə səbəbində buraxan Viktor İqbekoyi zədəsini sağldıb. Komandanın baş məşqçisi Adil Şükürovun şans verəcəyi təqdirdə İqbekoyi “Neftçi”yə qarşı oynaya biləcək.
Qeyd edək ki, “Zirə” – “Neftçi” matçı sabah 17:00-da start götürəcək.
saytlarin hazirlanmasi