"Arsenal" və "Bavariya" futbolçularından püşkə sosial şəbəkədə reaksiya

18:27 - 12 Dekabr 2016

"Arsenal"la "Bavariya" Çempionlar Liqasının 1/8 final mərhələsində rəqib olduqdan sonra iki komandanın futbolçuları arasında maraqlı dialoq yaşanıb.

 

Sportal.az xəbər verir ki, "topçular"ın futbolçusu Məsut Özil Almaniya millisində komanda yoldaşı olan "Bavariya"lı Jerom Boatenqlə "tvitter" sosial şəbəkəsində zarafatlaşıblar. Türk əsilli futbolçu son 5 ildə 4-cü dəfə ÇL-də rəqib olmaqlarına zarafatla reaksiya verib.

 

Futbolçular araslnda diqloq belə olub:

 

Məsut: Bəli, yenidən

Boatenq: Məsut, hər mövsüm eyni prosedur.

Məsut: Artıq hər şey bizim əlimizdədi, qardaşım.

Boatenq: Bu keçən dəfə də deməmişdin?

Məsut: Yeni il, yeni şans. Həm də bu dəfə Bundesliqada 10 xal fərqlə öndə deyilsiz. Özünüzü qoruyun.

 

Qeyd edək ki, bu komandalar arasında ilk matç 15 fevral tarixində Münhendə, cavab oyunu isə martın 7-də Londonda baş tutacaq.

Xəbər xətti