"Kəpəz"in futbolçusu: "Cütün taleyi Gəncədə həll olunacaq"

12:58 - 13 Dekabr 2016

Azərbaycan kubokunun 1/4 final mərhələsində “İnter”lə qarşılaşacaq “Kəpəz” dünəndən oyunun hazırlığını artıq başa vurub.

 

Sportal.az xəbər verir ki, komandanın əhval-ruhiyyəsi yaxşıdır, futbolçular Bakıdakı görüşdə sərfəli nəticəyə köklənib.

 

Bunu klub saytına açıqlamasında Tural Nərimanov da təsdiq edib: “Aydın məsələdir ki, əvvəlki mərhələdən fərqli “İnter”lə oyunumuz daha gərgin keçəcək. Oyuna da yaxşı hazırlaşmışıq. Bu mərhələdə cütün taleyini bir yox, iki matç müəyyənləşdirəcək. İlk görüşdə bizə sərf edən nəticəni qazanmağa çalışacağıq ki, evdə daha rahat oynayaq. “İnter”lə çempionatda həm səfərdə, həm də evdə heç-heçə oynamışıq. Fikrimcə, cütün taleyi Gəncədə həll olunacaq. Bu mərhələni də adlamağa çalışacağıq. Əslində ötən mövsüm də kubokda iddialı idik. Amma gözləmədiymiz halda “Xəzər Lənkəran”a səfərdə uduzduq. Məqsədimiz indi daha irəli getməkdir”.

 

Qeyd edək ki, bu gün baş tutacaq "İnter" - "Kəpəz" matçı saat 17:00-da başlayacaq.

 

Xəbər xətti