Adil Şükürov: "Cavab oyununda "Neftçi"yə 4 qol vuracağımıza inanıram" MÜSAHİBƏ

19:44 - 13 Dekabr 2016

Oyun ərzində çoxlu qol epizodlarımız oldu. İnşallah, biz bu mərhələni keçəcəyik”.

 

Sportal.az xəbər verir ki, bu sözləri "Zirə" klubunun baş məşqçisi Adil Şükürov deyib. Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Neftçi"ni qəbul edən "qartallar" meydandan 0:3 hesablı məğlubiyyətlə ayrılıblar. Matçdan sonra keçirilən mətbuat konfransında Şükürov bunları deyib:

 

"Bu qədər qol epizodunun qarşısında "Neftçi"ni keçməmək günah olardı. Cavab oyununda 4 qol vuracağımıza inanıram".  

 

- Hakimin verdiyi penalti qərarları ilə razısızmı?

- Oyunun 6 hakimi var, onlar epizodu daha yaxşı görürlər.  

 

- Azarkeşlər güclü hücumçu tələb edirlər...

- Bu yöndə işlərimizi davam etdiririk. Heyətimizə güclü hücumçu cəlb etməyə çalışacağıq.

Xəbər xətti