Azərbaycan kubokunun 1/4 final mərhələsində səfərdə "Zirə"nin qonağı olan "Neftçi"nin yarımmüdafiıçisi Rəhman Hacıyev oyunla bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, "Neftçi"nin 3:0 hesabıyla qalib gəldiyi oyundan sonra Hacıyev arxayınlaşmayacaqlarını deyib:
"Bu gün meydana qələbə qazanmaq üçün çıxmışdıq. Oyunumuz alındı, qalib gəldik. Amma hələ qarşıda cavab görüşü var. Mərhələni keçmək üçün həmin oyunda da eyni istəklə meydana çıxmalıyıq. Başa düşürük ki, arxayınlaşmaq olmaz”.
saytlarin hazirlanmasi