Fərhad Vəliyev: "Qeyri-stabil çıxışı analiz edirəm"

12:55 - 14 Dekabr 2016

“0:6 hesablı məğlubiyyətdən danışmağa ehtiyac yoxdu. “Qarabağ”ın gücü hamıya məlumdur. Komanda şəklində çox zəif çıxış etdik. Oyunun ilk 15 dəqiqəsinə yaxşı başlasaq da, daha sonra ritmi itirdik. 2 qol vurulandan sonra uşaq səhvləri etdik və nəticədə belə hesab qeydə alındı. Avrokuboklara ən yaxın yol kubokdan keçir. Mümkün qədər irəli getmək istəyirdik, amma alınmadı. Belə hesab gözləmirdik”.

 

Bunu Sportal.az-a açıqlmasında "Qarabağ" 0:6 hesabı ilə uduzduqları oyundan sonra “Sumqayıt”ın qolkiperi Fərhad Vəliyev söyləyib. Təcrübəli qapıçı qeyri-stabil çıxışlarından danışıb:

 

“Qeyri-stabil çıxışı özüm də analiz edirəm, axtarıram, səhvlərimiz var. Mən də bu matçda səhvlərə yol verdim. Bunun üzərində çox işləməliyik. Bu oyunu unudub, “Zirə” ilə qarşılaşmaya hazırlaşmalıyıq”.

Xəbər xətti