Daha bir ulduz futbolçu Çinə uz tutdu

14:18 - 14 Dekabr 2016

“Çelsi”nin futbolçusu Oskar qışda Çində çıxış edəcəyini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi “Şanxay SİPG” klubu ilə müqavilə izmalayacaq. Futbolçu Braziliya mətbuatına açıqlamasında belə danışıb:

 

“Bu transfer 90 faiz həll olunub. Yalnız kiçik detallar qalıb”.

 

Bu transfer üçün Çin klubu “Çelsi”yə 62 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, “Şanxay SİPG” klubunu Andre Villaş Boaş çalışdırır. Braziliyalı Halk və Elkeson da bu komandada çıxış edir.

 

Əlavə edək ki, bu keçid futbol tarixinin ən bahalı 16-cı transfer olacaq.

Xəbər xətti