PFL "Kəpəz"in müraciətinə müsbət cavab verdi

15:15 - 14 Dekabr 2016

“Kəpəz” klubu Peşəkar Futbol Liqasına müraciət edib.

 

Sportal.az PFL-ə istinadən xəbər verir ki, klub Gəncə şəhər stadionunun 4 gün ərzində iki oyun qəbul edəcəyi təqdirdə, ot örtüyünün yararsız hala düşmə ehtimalının olduğunu bildirib və 14-cü turun oyununun yerinin dəyişdirilməsini xahiş edib. Yuxarıda göstərilənləri və “Qəbələ” klubunun razılıq məktubunu əsas götürən Peşəkar Futbol Liqası aşağıdakı qərarları qəbul edib:

 

1. Azərbaycan Premyer Liqasının 14-cü turunun “Kəpəz” - “Qəbələ” matçı 17 dekabr tarixində Qəbələ şəhər stadionunda keçirilsin.

 

2. 14-cü turda meydan sahibi “Qəbələ” klubu, hər iki klubun iştirakı ilə üçüncü dövrənin matçında meydan sahibi kimi “Kəpəz” klubu təsdiq edilsin.

 

Xəbər xətti