Hollandiya millisinin üzvü "Volfsburq"da

00:44 - 15 Dekabr 2016

Almaniyanın "Volfsburq" klubu heyətinə yeni futbolçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, Bundesliqa klubu Rişedli Bazuru transfer edib. Hollandiya millisinin yarımmüdafiəçisi ilə 4,5 illik müqavilə imzalanıb. 20 yaşlı yarımmüdafiəçi 2017-ci ilin yanvar ayında yeni komandasına qoşulacaq.


Qeyd edək ki, Bazur 2014-cü ildən "Ayaks"da çıxış edir.

 

Xəbər xətti