Türk futbolçu üçün mövsüm başa çatdı

13:13 - 15 Dekabr 2016

İngiltərənin "Vest Hem" klubunda əsas heyətə düşməkdə çətinlik çəkən Türkiyə millisinin üzü Gökhan Törə mövsümün sonuna qədər yaşıl meydanlara çıxa bilməyəcək. 

 

Sportal.az xəbər verir ki, buna futbolçunun zədədən əziyyət çəkməsi səbəb olub. 

 

Futbolçunun uzun müddət sıradan çıxması əməliyyatdan sonra bəlli olub. Yarımmüdafiəçinin həkimi Ərtoğrul Karanlık məsələ ilə bağlı bunları deyib: “Əslində, Gökhan dizindəki zədə ilə oyunlara çıxa bilərdi. Amma sonradan zədəsinin ciddiləşmə ehtimalı var idi. Bunun olmaması üçün əməliyyat etmək qərarına gəldik. Dəqiq olan odu ki, Gökhan mövsümün sonuna qədər futbol oynaya bilməyəcək”.

 

Qeyd edək ki, mövsümün əvvəlində "Vest Hem"ə icarəyə verilən Türkiyə millisinin üzvü London təmsilçisinin heyətində 8 oyun keçirib.

Xəbər xətti