Türkiyədə yeni inşa edilən stadiona "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin adı veriləcək.
Sportal.az xəbər verir ki, "Trabzonspor"un inşası başa çatan stadionunun adı məlum olub. Belə ki, 18 dekabr tarixində açılışı baş tutacaq stadion "Şenol Günəş idman komleksi" adlanacaq.
Qara Dəniz təmsilçisinin azarkeşlərinin bir qismi bunu dəstəkləsə də, əksəriyyəti qərara etiraz edirlər. Onlar əzəli rəqiblərindən olan "Beşiktaş"ın baş məşqçisinin adının stadionlarına verilməsini istəmir.
Məsələ ilə bağlı danışan təcrübəli mütəxəssis "Mənə bu barədə mesaj yazanlar çox olub. Ancaq hələ rəsmi heç bir məlumat yoxdu. Əgər belə bir şey düşünürlərsə, onlara təşəkkür edirəm" deyə mübasibət bildirib.
saytlarin hazirlanmasi