“Neftçi” daha bir bir futbolçusu komandadan göndərib.
Sportal.az xəbər verir ki, söhbət xorvatiyalı qapıçı Krşevan Santinidən gedir. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.
Qeyd edək ki, mövsümün əvvəlində komandaya transfer edilən 29 yaşlı əlcək sahibi bu müddətdə 12 oyunda “ağ-qaralar”ın formasını geyinib.
Əlavə edək ki, bu mövsümün gedişatında paytaxt klubu əcnəbi futbolçulardan Katalin Tira, Denilson Pereyra, Dario Melnyak və Vançe Şıkovla da yollarını ayırmışdı.
saytlarin hazirlanmasi