Millinin üzvü: "Övladlarıma Ronaldonun adını çəkməyi qadağan etmişəm"

14:00 - 17 Dekabr 2016

“Vest Hem”in və Fransa millisinin üzvü Dimitri Payet maraqlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Avropa çempionatının finalında Portuqaliyaya 0:1 hesablı məğlubiyyətdən sonra övladlarına Kriştiano Ronaldonun adını çəkməyi qadağan etdiyini söyləyib:

 

“Övladlarım bir çox futbolçuların jestlərini, sözlərini, qol sevinclərini təkrarlayırlar. Əlbəttə, onlar Ronaldo və Messini də xoşlayırlar. Ancaq mən Avropa çempionatının finalından sonra övladlarıma Kriştiano Ronaldonun adını çəkməyi qadağan etmişəm”.

Xəbər xətti