Elxan Abdullayev: "Ona futbol oynamağı öyrətmək lazımdı"

18:42 - 17 Dekabr 2016

Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində keçirilən "Neftçi" - AZAL matçı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra "ağ-qaralar"ın baş məşqçisi Elxan Abdullayev məğlubiyyəti şərh edib.


- Rəqibi ilk qələbə münasibəti ilə təbrik edirəm. İlk hissədə yaxşı oynadıq. Amma futbolda bildiyiniz kimi, vurmayana vururlar. Qol epzidodlarını boşa verib, uduzduq.

 

- Edson Kastilyadan razısız?
- Onunla iki illik müqavilə imzalanıb. 21 yaşı var və üzərində çalışır. Qabında nəsə var. Pis futbolçu deyil. Ona futbolu oynamağı öyrətmək lazımdı.

 

- 5 legioner göndərmisiz. Eyni sayda da legioner futbolçu transfer edəcəksiz?
- Hələ ki, dəqiq bilmirik.

 

- Sizə AZAL-ın heyətindəki futbolçuları versələr, "Neftçi"ni uda bilərdiz? 
- Söhbət bir qələbədən getmir ki. Biz "Zirə"ni udmuşuqsa, bu, o demək deyil ki, onlardan güclüyük. Yəni, nəticə büdcədən də asılı deyil. 

 

- Qış toplanışı ilə bağlı planlarınız nədən ibarətdi?
- Ayın 4-dən 21-dək Antalyada olacağıq. 5 oyun keçirəcək. Ayın 8-də "Sivasspor"la oynayacıq. Bundan başqa ayın 12, 16, 19-da oyunlar keçirəcəyik. Ola bilsin ki, bir gündə iki oyun keçirək. (Futbol11.az)

Xəbər xətti